Nizami rayonu, Bakı

Heydər Əliyev prosoekti 117(Sport plaza 9-cu mərtəbə)

Menu

Xidmətlərimiz

>
Xidmətlərimiz

“ENEMAY FC & CC” şirkəti aşağıda qeyd olunan xidmətləri təqdim edir :

  • Mühasibatlıq
  • Vergi & Gömrük & Hüquq
  • Audit
  • Maliyyə
  • Ekspertiza
  • Kadr işinin təşkili
  • Biznesin yaradılması və başlanması
  • Menecment sistemin yaradılması
  • Autsorsinq
  • Konsultasiya

Mühasibatlıq

  • Sifarişçinin görülmüş işlərə və satılmış mallara görə hesab fakturaların, qaimə fakturaların, təhvil – təslim aktlarının hazirlanması;
  • Mühasibat uçotu haqqında qanunun və vergi məcəlləsinin tələblərinə əsasən mühasibat uçotunun aparılması;
  • Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi;
  • Bank hesabatlarının, pul vəsaitinin hərəkəti hesabatlarının hazırlanması;
  • Əmək haqqı üzrə vergi və sosial sığorta haqqlarının ödənişinin həyata keçirilməsi;
  • Yeni müəssisələrin qeydiyyatdan keçirilməsi, qeydiyyatdan çıxarılması və ya məlumat dəyişikliyinin (təsisçi, ad, nizamnamə və hüquqi ünvan) həyata keçirilməsi;
  • Vergi orqanında obyektlərin, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və çıxarılması;
  • Möhür, ştamp və ciddi hesabat blanklarının hazırlatdırılması;
  • Müəssisələrin tələbinə uyğun olaraq 1 C mühasıbatlıq sistemin qurulması və təlimlərin həyata keçirilməsi

Vergi, Gömrük & Hüquq

Qloballaşma şəraitində sürətlə dəyişən iqtisadi mühitdə, həm hüquqi, həm də fiziki şəxslərə vergi, gömrüklə bağlı hüquq və vəzifələrini yerinə yetirmək üçün strateji şəkildə qərarları verərkən riskləri idarə etməyinizə yardımçı oluruq.
Daimi axınla tənzimləmə mürəkkəbliyi ilə idarə olunan və iqtisadi risklərlə dolu bir dünyada vergi, gömrük və hüquq xidmətləri və sair işlərinizə təsir edə biləcək dəyişikliklərin qarşısını almaqda yaxından köməklik göstəririk.
Mütəmadi şəkildə birləşmiş qlobal şəbəkə ilə təchiz olunan, gərəkli zamanda vergi, gömrük eləcə də hüquqi texniki ekspertizayla birlikdə, əməliyyatlarınızı peşəkar səviyyədə irəliyə aparacaq və uyğun qərarlar qəbul etməyiniz üçün kritik kontekstlərin həllini təmin edirik.
Qlobal və yerli olaraq sizin yararınıza mürəkkəblikdən icraata keçməyinizə imkan verən ən  yüksək səviyyədə inteqrasiya edilmiş vergi, gömrük və hüquqi strategiyaları hazırlayırıq.
Vergi, Gömrük İdarələri  və digər rəsmi strukturlarda agent qismində çıxış etmək (təmsilçilik);
Məhkəmələrdə və dövlət orqanlarında müştərinin maraqlarını təmsil etmək;
Məqbul borcların silinməsi üzrə sxemlərin hazırlanmasında debitor və kreditorların qarşılıqlı əlaqəsi;
Müştərilərin hüquqlarını və maraqlarını müdafiə etməsi;
Vergi strategiyalarının təminatı üzrə konsaltinq;
Vergi qanunvericiliyinə əsasən konsaltinq;
Əmək qanunvericiliyinə əsasən konsaltinq;
Mülki məcəlləyə əsasən konsaltinq;
Vergi qanunvericiliyində dəyişikliklər üzrə monitorinq;
Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması;
Vergilərin hesablanması və ödənilməsinin optimalaşdırılması;
Sərmayə layihələrinə müvafiq rəylər;
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və yoxlanması;
Məlumat dəstəyi.

  • Vergi, Gömrük İdarələrində və digər rəsmi strukturlarda agent qismində çıxış etmək (təmsilçilik);
  • Məhkəmələrdə və dövlət orqanlarında müştərin maraqlarını təmsil etmək;
  • Məqbul borcların silinməsi üzrə sxemlərin hazırlanmasında debitor və kreditorların qarşılıqlı əlaqəsi;
  • Müştərilərin hüquqlarını və maraqlarını müdafiə etməsi

Audit

  • Xüsusi audit;
  • Daxili audit;
  • Daxıli prosedurların nəzarətinin gücləndirilməsi;
  • Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditi (BAS);
  • Müstəqil auditorlar tərəfindən kompleks audit yoxlamasının həyata keçirilməsi, audit rəylərin hazırlanması

Maliyyə

  • Vergi öhdəliklərilə yanaşı digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
  • Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
  • Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;
  • Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;
  • Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;
  • Müəssisələrə cari abonent xidmətləri;
  • Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi;

Ekspertiza

Bütün fəaliyyat sahələri üzrə ekspertizanın təşkil olunması və rəsmi rəyləri hazırlanması

Kadr işinin təşkili daxildir (SƏNƏDLƏŞDİRMƏ PAKETİ, HESABLAMA VƏ ÖDƏNİŞ PAKETİ)

Biz, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik.
Düşünürük ki, xidmətlərimizdən yararlanmaqla, biznes fəaliyyətinizə daha çox vaxt ayıra biləcəksiniz.

SƏNƏDLƏŞDİRMƏ PAKETİ

  • Kadr uçotunun aparılması  (şəxsi işlərin formalaşdırılması, AR Əmək Məcəlləsinə uyğun olaraq işçilər ilə əmək müqaviləsinin bağlanması, vəzifə təlimatı, ərizə, əmrlərin hazırlanması, əmək kitabçalarının açılması və qeydlərin edilməsi)
  • İşə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;
  • Əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;
  • Vəzifə təlimatlarının hazırlanması
  • İşəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;
  • Əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;
  • İşdən çıxış zamanı namizədlə müsahibədən sonra müvafiq qeydlərin aparılması;
  • İşçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);
  • Məzuniyyət, xəstəlik və ezamiyyə vərəqlərinin hazırlanması eləcə də uçotunun aparılması
  • İşçilərin sosial sığorta olunmasının təmini;
  • Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;
  • Qadınların, yaşı 18-dən az olan  işçilərin hüquqlarının təmin edilməsi;
  • Əlil şəxslərin hüquqlarının təmin edilməsi;
  • İşçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin  icbari sığorta ilə təmin edilməsi;
  • Zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;
  • Bütün statistik hesabatların tərtib edilməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi;

HESABLAMA VƏ ÖDƏNİŞ PAKETİ

  • Müəssisə üçün aylıq əmək haqlarının hesablanması;
  • İşçinin gün ərzində işlədiyi iş saatlarını əks etdirən tabelin hazırlanması;
  • Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
  • İşçilər üçün illik məzuniyyət haqlarının və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması;
  • İstirahət və iş günü hesab edilməyən bayram günlərində görülən işə görə əmək haqqının ödənilməsi;
  • İş saatından artıq işləyən işçilərin hüquqlarının təmin edilməsi;
  • İşçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərin hesablanması;
  • Son haqq hesabların hazırlanması;
  • Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;
  • İşəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi;
  • İşçilərin haqq-hesab sənədlərinin hazırlanması;

NƏZARƏT PAKETİ

Dövlət Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan səyyar yoxlamaların müşahidə edilməsi.

BİZNESİN YARADILMASINA VƏ BAŞLANMASINA DAİR XİDMƏTLƏR:

  • Şirkətlərin qeydiyyata alınması, məlumatların dəyişilməsi və ləğv edilməsi
  • Yeni şirkətlərin qeydiyyata alınması;
  • Biznesin müxtəlif sahələri üçün lisenziyaların alınması;
  • Şirkətlərin bağlanması
  • Biznes planın yazılması
  • İnvestisiya təşviq sənədlərin alınması
  • Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin alınması üçün məlumat xidməti və sənədlərin hazırlanması

Menecment sistemin yaradılması

  • Mövcud vəziyyətin təhlili;
  • Sifarişçinin işçi heyətinin təlimatlandırılması;
  • Keyfiyyət Menecmenti Sisteminin yaradılması proqramının hazırlanması;
  • Keyfiyyət Menecmenti Sistemi çərçivəsində sənədlərin hazırlanması;
  • Keyfiyyət Menecmenti Sisteminin tətbiq edilməsi;
  • Daxıli auditorların hazırlanması.

Autsorsinq

Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi artıq Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər hətta mühasibat məsələlərini kənar təşkilata həvalə edirlər. Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq autsorsinq xidmətlərini təklif edirik.

Autsorsinq (ingiliscə «outsourcing», xaricə çıxarılma) — şirkətin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış şirkətlərə verilməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir. Dünya təcrübəsində peşəkar mütəxəssislərin ştatda saxlanması əvəzinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə etmək məsələsi geniş yayılmışdır. Bu gün bazarda bu sahədə ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir. Autsorsinqin aktiv şəklidə inkişaf etməyi şirkətlərə büdcə qənaətində və yerinə yetirdikləri işlərin keyfiyyətinə çox böyük üstünlüklər verir. Bir çox şirkətlərin ştatda olan mütəxəssisləri işləri yerinə yetirməkdə çətinlik çəkir və ya ümumiyyətlə öhdəsindən gəlməyi bacarmır. Belə olan halda autsorsinq xidməti ilə məşğul olan şirkət qarşıya çıxan problemləri qısa bir zamanda keyfiyyətli şəkildə aradan qaldırır. Müasir iş üslubu ilə işləyən şirkətlər bu və ya digər sahələr üzrə autsorsinqdən tam və ya qısmən istifadə edirlər.

Konsultasiya xidmətlərimiz

  • İnsan resursları üzrə məsləhətçilik
  • Maliyyə məsləhətçiliyi
  • Əməliyyatlar üzrə məsləhətçilik