Nizami rayonu, Bakı

Heydər Əliyev prosoekti 117(Sport plaza 9-cu mərtəbə)

Menu

Haqqımızda

>
Haqqımızda

Şirkət haqqında

“ENEMAY Financial Consulting and Career Center” MMC hüquqi və fiziki şəxslərə məsləhət xidmətləri sahəsində dinamik inkişaf edən bir şirkətdir. 18.05.2017 – ci il may ayında təsis edilmiş və həmin aydan etibarən fəaliyyətə başlamışdır.

Şirkətimiz tərəfindən bütün növ müəssisə, təşkilat və sahibkarlıq fəaliyyati ilə məşğul olan fiziki şəxslərə aşağıdaki qeyd olunan xidmətlər göstərilir:

  • Mühasibatlıq
  • Vergi, gömrük və hüquq
  • Audit
  • Maliyyə
  • Ekspertiza
  • Kadr işinin təşkili
  • Biznesin yaradılması və başlanması
  • Menecment sistemin yaradılması
  • Autsorsinq
  • Konsultasiya

Vergi (səyyar, kameral və operativ) və digər orqanların yoxlamaları zamanı vergi ödəyicisinin qanuni maraqlarının qorunması təmin olunur.

Dəyərlərimiz

  • Peşəkarlıq
  • Şəffaflıq
  • Obyektivlik
  • Dürüstlük
  • Komanda ruhu
  • Müştəri məmnuniyyətinin qorunması
  • Daimi yenilənmək və inkişaf etmək

Missiyamız

“ENEMAY FC & CC” şirkətimizin ən yüksək missiyası hər bir müəssisəyə peşəkar səviyyədə individual yanaşmadan istifadə etməklə bərabər, hətta xırda detallara da diqqət yetirərək, partnyorlarımızın iş proseslərində şəffaflığının təmini istiqamətində, səmərəliliyini və çevikliyini artırmaqla inkişafına dəstək olmaqdan ibarətdir.

Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə göstərilən məsləhət xidmətlərinin keyfiyyətini daim artıraraq ən yüksək səviyyədə hərtərəfli məsləhət xidmətləri təqdim etmək.

Biz sabit və çevik, xarici mühitdəki dəyişikliklərə müvəffəqiyyətlə müqavimət göstərməyi bacaran və işinizin inkişafı üçün çalışan kollektivik.