Menu

Vergi uçotu

>
Vergi uçotu

Vergi uçotu

Təlim müddəti: 32 saat
Təlim proqramı:
  1. Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi.
  2. Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi (Mənfəət, Gəlir, ƏDV, Sadələşdirilmiş, Aksiz, yol, əmlak, torpaq və mədən vergiləri)
  3. Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi
  4. Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
  5. Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi.
  6. www.taxes.gov.az və www.e-taxes.gov.az saytlarından ən uyğun şəkildə istifadə qaydaları
  7. Bəyannamə tərtibatı proqramındakı (BTP) bütün bəyannamələrin praktiki olaraq hazırlanması
  8. www.e-gov.az saytından praktiki olaraq istifadə qaydaları (həmçinin işçinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və əmək müqaviləsinin dəyişdirilməsi
  9. Asan imzanın bütün növlərinin alınması və istifadə qaydaları
  10. Hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasının praktiki olaraq göstərilməsi
  11. Vergilər Nazirliyində uçot qaydalarının praktiki göstərilməsi (obyektin, nəzarət kassa aparatının, posterminalın qeydiyyata alınması və qeydiyyatdan çıxarılması)
  12. Kameral vergi yoxlamaları barədə praktiki olaraq məlumatlandırılma, bütün növ uyğunsuzluqların aradan qaldırılması ilə bağlı edilməli hərəkətlərin öyrədilməsi
  13. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin hüquq və vəzifələri, həmçinin vergi orqanının hüquq və vəzifələri barədə məlumatlandırılma
  14. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və şikayətin verilməsi qaydaları
  15. E-qaimə, E-VHF və Depozit əməliyyatlarının praktiki olaraq göstərilməsi
  16. Vergilər Nazirliyinin xidmət mərkəzlərinə gedilərək, praktiki olaraq xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən səmərəli istifadə qaydaları
  17. Vergi problemlərinin müəyyən edilməsi və həlli yolları
  18. Sahibkarlıq fəaliyyəti göstərən şəxslər üçün optimal vergi tutmanın tətbiqi barədə məlumatlandırma
  19. 2020-ci ildə qüvvəyə minəcək Vergi məcəlləsindəki dəyişikliklər barədə qanunvericilik layihəsi haqqında məlumatın verilməsi Dərslərimiz “Open space” təlim metodu il təşkil olunacağı üçün ən qısa zamanda, sıxılmadan, maksimum yararlanacağınıza təminat veririk.
Qeyd edək ki, təlimi uğurla bitirən və yekun imtahandan uğurla keçən iştirakçılara Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikat təqdim ediləcəkdir!