Vergi uçotu sahəsində karyera qurmaq istəyən şəxslərin diqqətinə!
Sadəcə 6 nəfərin iştirak edəcəyi təlim, təcrübə və iş imkanı olan proqrama sizləri dəvət edirik.
Təlim real iş mühitində təşkil ediləcəkdir. İştirakçılar əldə etdikləri nəzəri bilikləri real praktikada tətbiq etmək imkanı əldə edəcəkdir.
Təlim zamanı nələr əldə edəcəksiniz:
– Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənmiş sertifikat
– Real iş mühitində nəzəri biliklərinizi tətbiq etmək
– Sahibkarlarla görüşlərdə iştirak etmək
– Aylıq, rüblük və illik hesabatların hazırlanmasını praktiki icra etmək
– İş tapılmasında dəstək
Təlimçi: İlkin Dövlətov
• 5 Saylı Ərazi Vergilər İdarəsi – Şöbə rəisi – (2010-2014) Bəyannamələrin yoxlanılması, İqtisadi təhlil və araşdırmaların həyata keçirilməsi və Vergi ödəyicilərinə məlumatlandırma xidmətlərinin göstərilməsi
• Vergilər Nazirliyi – Baş dövlət vergi müfəttişi – (2014-2016) Mərkəzi Aparatın Vergi ödəyicilərinə xidmət baş idarəsinin nəzdində bütün Respublikada yerləşən Vergilər Nazirliyinin xidmət mərkəzlərinin fəaliyyətinə nəzarət olunması
• Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamenti – Şöbə rəisi (Yanvar 2017 – Mart 2017) Bakı şəhərinin Xəzər və Qaradağ rayonları üzrə qeydiyyata alınmış vergi ödəyicilərinə nəzarət olunması və məlumatlandırma fəaliyyətinin həyata keçirilməsi
• 195 Çağrı Mərkəzi Departamenti- Baş dövlət vergi müfəttişi (Mart 2017 – İyun 2017) Vergi ödəyicilərinin təhlil olunması və məlumatlandırılması Şikayət və müraciətlərin qəbulu
• “ENEMAY” Financial Consulting and Career Center MMC – Direktor (İyun 2017 – bugünədək) Müəssisələrə və Sahibkarlara maliyyə, mühasibatlıq, vergi, hüquq, miqrasiya xidmətlərinin göstərilməsi və bu sahələr üzrə yaranmış _ problemlərin aradan qaldırılması
Proqramın müddəti: 36 saat / 3 ay
Ödəniş məbləği: 200 AZN / Aylıq (Vergilər ödənişə daxildir)
Mövzular:
• Vergi Məcəlləsinin ümümi hissəsi
• Bütün vergi cərimələri və yaranma səbəbləri
• Vergi ödəyicisinin hüquqlarını qoruyan maddələr barədə məlumatların verilməsi
• Vergi məcəlləsində Nağdsız hesablaşmalar və E-qaimə barədə nəzərdə tutulmuş maddələrin həm qanunvericilik həm də praktiki olaraq izah edilməsi
• Gəlir və Mənfəət vergilərinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamələrin praktiki olaraq hazırlanması
• ƏDV bəyannaməsinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamənin praktiki olaraq hazırlanması
• Depozit əməliyyatlarının və e-VHF-nın qanunvericilik yönü və praktiki olaraq hazırlanması
• Əvəzləşmə əməliyyatlarının tam izah olunması
• Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində tutulan vergilərin və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin doldurulma qaydası
• Aksiz, Əmlak, Torpaq, Yol və Mədən vergilərinin qanunvericilik və praktiki olaraq izah edilməsi
• Sadələşdirilmiş verginin incəliklərinin qanunvericilik və hesabat verilməsi zamanı nəzərə alınması, dövriyyə və hasilatın fərqinin izah edilməsi
• Vergi orqanları tərəfindən hesablanan bütün növ əlavə vergilərin səbəbləri və həlli yolları
• Vergilər Naziırliyinin internet səhifələrindən və digər elektron vasitələrdən tam istifadə edilməsi
• Onlayn kargüzarlıqdan və e-bəyannamədən istifadənin qaydalarının praktiki olaraq göstərilməsi
• Elektron qaydada müəssisənin (MMC-nin) qeydiyyatdan keçirilməsinin izah olunması
• Riskli vergi ödəyiciləri meyarlarının tam izah olunması
• Taxes. Gov.az və e-taxes.gov.az saytların istifadə qaydaları
• Vergi uçotu və vergi yoxlama proseslərinin real keyslər üzrə izah edilməsi
Əlaqə:
055 241 88 84
055 241 88 84
[email protected]
Azərbaycan, Bakı AZ1033, Caspian Sport Hotel and Plaza – Heydər Əliyev prospekti
#Vergi, #ITPC, #BTLM